"Samtredia"da Nicat Qurbanov şoku

11:11 - 3 Avqust 2020

Gürcüstan çempionatında VIII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Nicat Qurbanovun formasını geyindiyi “Samtredia” səfərdə Batumi “Dinamo”suna 0:2 hesabı ilə uduzub.

 

Nicat start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə zədələnərək əvəzlənib. O, "Sportal"a açıqlamasında son durumundan danışıb: "Məncə, çox ciddi deyil. Sabah həkim müayinəsinə gedəcəyəm. Zədədən 48 saat keçməlidir. Düşünürəm ki, minimum 3 həftə yaşıl meydanlardan kənar qalacağam".

 

“Samtredia” 8 xalla 10 komanda arasında 8-cidir.

Xəbər xətti