Premyer Liqada ayın baş məşqçisi və futbolçusu açıqlandı

16:16 - 5 Avqust 2020

İngiltərə Premyer Liqasında iyul ayının ən yaxşı futbolçusu və baş məşqçisi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “Vest Hem”in hücumçusu Maykl Antonio bu mükafatı qazanıb. 30 yaşlı ingilis hücumçu iyulda keçirdiyi 7 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

“Sauthempton”un çalışdırıcısı Ralf Hasenhüttl isə ayın ən yaxşı baş məşqçisi seçilib. Komanda almaniyalı mütəxəssisin rəhbərliyi ilə keçirdiyi 6 oyunda uduzmayıb.

Xəbər xətti