"Fənərbaxça"da yeni futbolçu

16:51 - 6 Avqust 2020

“Fənərbaxça” yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”dan ayrılan Mərt Hakan Yandaşı transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

 

Türkiyəli futbolçu ötən mövsüm keçirdiyi 37 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti