Premyer Liqada əvəzetmə sayı 3-ə endirildi

18:06 - 6 Avqust 2020

İngiltərə Premyer Liqasının 2020/21 mövsümü üçün yeni qərar qəbul edilib.

 

Sportal.az xəbər verir ki, matç zamanı oyunçu əvəzetmələrinin sayı 3-ə endirilib.

 

Beynəlxalq Futbol Birliyi (IFAB) koronavirus pandemiyasına görə, 2020/21 mövsümünün sonuna qədər 5 dəyişiklik edilməsi barədə qərar qəbul etmişdi.

 

Bundan əlavə, yeni mövsümdən VAR-ın istifadəsinə davam etdiriləcək.

Xəbər xətti