"Liverpul"un ilk təklifi qəbul edilmədi

"Liverpul" "Norviç Siti"nin sol cinah müdafiəçisi Camal Lüisi transfer etmək üçün qarşı tərəfə 10 milyon funt-sterlinq təklif göndərib.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, Çempionşip düşən klub "qırmızılar"ın təklifini qəbul etməyib. "Norviç Siti" şimali irlandiyalı futbolçunu 20 milyon funt-sterlinqə satmağı planlaşdırır.

 

22 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 28 oyunda 1 məhsuldar ötürmə edib.

Tarix: 7 Avqust [11:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio