"Qarabağ" - "Sileks" oyununun məkanı müəyyənləşdi

15:29 - 9 Avqust 2020

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedniyanın "Sileks" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, UEFA balkan ölkələrində koronavirus pandemiyasına görə qeyri-müəyyən durum yarandığı üçün fərqli qərar qəbul edib. Balkan ölkələrinin təmsilçiləri matçları səfər və ya neytral meydanda keçirəcəklər.

 

Bu səbəbdən UEFA "Qarabağ" - "Sileks" matçının Azərbaycanda keçirilməsinə qərar verib. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

1-ci təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq. Qalib 1 oyundan sonra müəyyənləşəcək. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Xəbər xətti