Elvin Yunuszadə iddialı danışdı: "Böyük işlər görəcəyik"

Şimali Makedoniyanın "Şkupi" klubuna keçən Elvin Yunuszadə açıqlama verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Skopye təmsilçisi ilə 1+1 illik sözləşmə bağlayan 28 yaşlı müdafiəçi transferi barədə danışıb:

 

“Şkupi”yə keçdiyim üçün çox şadam. Dünəndən Skopyedəyəm və komandada yaxşı atmosfer olduğunu gördüm. “Şkendiya” ilə çempionat oyununu da izlədim. Fikrimcə, digər yeni transferlərlə birlikdə çempionluğa namizədlərdən olacağıq.

 

Baş məşqçi Katip Osmani barədə xoş sözlərim var, o, yaxşı və enerjili olmaqla yanaşı, əla xarakterə malikdir. Əminəm ki, bu komanda ilə böyük işlər görəcəyik. Azarkeşlərə də sözüm var.  Onlar pandemiyaya baxmayaraq, hər zaman klubun yanındadırlar. Bu, məni uğur qazanacağımıza daha da inandırdı. Çünki bu azarkeşlər tribunaya qayıtdıqdan sonra biz meydanda daha çox mübarizə aparacağıq”.

 

“Şkupi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Oyun avqustun 27-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.

Tarix: 10 Avqust [17:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio