Avropa Liqası: 1/4 finala yekun vuruldu

Bu gün Avropa Liqasında 1//4 final mərhələsinin oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Almaniyada təşkil edilən 1/4 finalın son oyun günündə iki matç keçirilib.

 

“Sevilya” “Vulverhempton”u, “Şaxtyor” isə “Bazel”i məğlub edərək, yarımfinala yüksəlib. Ötən gün isə "Mançester Yunayted"lə "İnter" yarımfinala adlamışdılar.

 

Yarımfinalda "Sevilya" "Mançester Yunayted"lə, "İnter" isə "Şaxtyor"la qarşılaşacaq. Matçlar avqustun 16-17-də baş tutacaq.

 

"Şaxtyor" - "Bazel" - 4:1

Qollar: Junior Moraes, 2, Tayson, 22, Alan Patrik, 75 (pen.), Dodo, 88 - Riki van Volfsvinkel, 90

 

"Vulverhempton" - "Sevilya" - 0:1

Qol: Lukas Okampos, 88.

Tarix: 12 Avqust [01:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio