Azərbaycan Premyer Liqasının yeni loqosu - VİDEO

15:33 - 12 Avqust 2020

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.

 

Sportal.az xəbər verir ki, yeni loqo 4 elementin vəhdətidir: 

 

1) Alov – “odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;
3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

 

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

 

Xəbər xətti