"Səbail" qapıçısı ilə yolları ayırdı

17:51 - 12 Avqust 2020

"Səbail"də növbəti ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, "dənizçilər" qapıçı Kamal Bayramovla yollarını ayırıb.

 

35 yaşlı qolkiper 2019-cu ilin yayında "Zirə"dən "Səbail"ə keçmişdi. Bayramov ötən mövsüm keçirdiyi 11 oyunda 17 top buraxıb, 3 matçda isə qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti