"Futbolçulara "Qarabağ" barədə düşünməyi qadağan etdim" - "Sileks"in baş məşqçisi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in baş məşqçisi Qoran Simov açıqlama verib.

 

Sportal.az "Sportmedia" nəşrinə istinadla xəbər verir ki, 45 yaşlı serbiyalı mütəxəssis fikirlərinin ölkə çempionatının 2-ci turunda“Pelister”lə matçda olduğunu deyib:

 

“Nə “Qarabağ”? İndi bütün düşüncələrimiz “Pelister”lə oyundadır. Kratovoda oynayacağıq və təbii ki, ilk turdakı 6:0 hesablı qələbədən sonra yeni bir zəfər qazanmaq istəyirik. Buna görə, futbolçulara “Qarabağ” haqda düşünməyi qadağan etdim. “Pelister” yaxşı komanda olduğunu göstərdi. İlk turda “Akademiya Pandev”i məğlub etməyi bacardılar. “Pelister”lə oyunda 3 xal qazanmaq istəyiriksə, yaxşı oynamalıyıq”.

 

“Qarabağ” – “Sileks” oyunu avqustun 18-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Tarix: 13 Avqust [11:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio