"Kəpəz" rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü

Premyer Liqadan sonra I Divizionda da mübarizənin başlaması gündəmdədir. Bunun üçün ilk növbədə komandalar məşqlərə start verməlidirlər. “Kəpəz” artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

 

Sportal.az xəbər verir ki, Gəncə klubunun rəhbərliyi və əsas komandanın məşqçilər korpusu klubun ev oyunlarını keçirdiyi şəhər stadionunda bir araya gəlib. Əvvəlcə baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri ilə bir müddət öncə əldə olunan 1 illik razılaşma rəsmiləşdirilib.

 

Yeni mövsümlə bağlı görüşdə gələcək planlar müzakirə olunub. Transfer çalışmaları, təlim-məşq toplanışının təşkili yönündə fikir mübadiləsi aparılıb.

Tarix: 13 Avqust [12:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio