Pirlo bu futbolçuların göndərilməsini istədi

"Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo heyətə əl gəzdirməyə hazırlaşır.

 

Sportal.az "Goal" nəşrinə istinadla xəbər verir ki, 41 yaşlı mütəxəssis argentinalı hücumçu Qonsalo İquainlə almaniyalı yarımmüdafiəçi Sami Xediranı gələcək planlarında görmür.

 

Bu səbəbdən italiyalı çalışdırıcı rəhbərlikdən hər iki oyunçunun satılmasını istəyib.

 

Xedira 2015-ci ildən "Yuventus"da çıxış edir. İquain isə 2016-cı ildə 94 milyon avroya "Napoli"dən "qoca sinyora"ya keçmişdi.

Tarix: 13 Avqust [23:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio