Yunis Hüseynov: "Öncədən müəyyənləşdirdiyimiz futbolçular penaltilərdə tərəddüd etdilər"

Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə mübarizədə (0:0, pen. 4:5) turnirlə vidalaşan "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, futbolçularda özünəinamın olmadığını deyib:

 

"Qələbə qazanmaq istəyirdik. Rəqib də yaxşı komanda idi. İmkanlardan istifadə edə bilmədik. Onlara qələbəni qapıçıları qazandırdı. Penaltilər lotereyadır. Məni təəssüfləndirən odur ki, futbolçularda özünəinam yox idi. İlkin Qırtımov kapitandır və məsuliyyəti üzərinə götürdü. Penaltilərə hazırlaşmışdıq, sadəcə, öncədən müəyyənləşdirdiyimiz futbolçular tərəddüd etdilər. Çəkinməsəydilər, qələbə bizimlə olacaqdı. Bu gün dörd futbolçu penaltilər seriyasında özünə inandı. Qorxmaq lazım deyil. Pis oynamadıq, yaxşı mübarizə apardıq. Vaxtilə mən də penalti vurmamışam. Məğlubiyyətdə inamsızlıq rol oynadı".

Tarix: 28 Avqust [00:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Oktyabr 2020
25  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio