Lüksemburq Bakıya səfər öncəsi yoxlama oyunu keçirdi

10:10 - 2 Sentyabr 2020

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi olan Lüksemburq yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, yığma Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşıb. "Jozi Bartel" stadionunda keçirilən oyunda hesab açılmayıb.

 

Lüksemburq millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda Azərbaycana qarşı keçirəcək.

Xəbər xətti