İvanoviçin yeni klubu müəyyənləşdi

01:01 - 16 Sentyabr 2020

“Zenit”dən ayrılan Branislav İvanoviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "Vest Bromviç"ə transfer olub. Premyer Liqa təmsilçisi təcrübəli oyunçu ilə 1 illik müqavilə imzalayıb.

 

Serbiyalı futbolçu 2008-2017-ci illərdə “Çelsi”də oynamışdı.

Xəbər xətti