"Türkiyəyə mərhələni adlayan tərəf kimi qayıdacağıq" - "Qalatasaray" rəsmisi

13:37 - 16 Sentyabr 2020

“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə səfərdə qarşılaşacaqları oyun haqda danışıb.

 

Sportal.az xəbər verir ki, o, mrəhələni keçəcəklərinə əmin olduğunu deyib:

 

“İki qardaş ölkənin qardaş komandaları qarşı-qarşıya gələcək. Türkiyəyə mərhələni adlayan tərəf kimi qayıdacağıq”.

 

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

Xəbər xətti