PSJ - "Marsel" oyununda baş verənlərlə bağlı cəzalar açıqlandı

Fransa Futbol Federasiyası PSJ - "Marsel" oyununda (0:1) baş verənlərlə bağlı cəzaları açıqlayıb.

 

Sportal.az xəbər ki, matçın sonlarında qalmaqalı yaradan Layvin Kurzava 6 oyun cəzalandırılıb. Onunla dalaşan "Marsel"in müdafiəçisi Cordan Amavi isə 3 oyunluq cəza alıb.

 

PSJ-nin futbolçuları - Neymar və Leandro Paredes isə növbəti 2 oyunda komandalarına kömək edə bilməyəcəklər. "Marsel"in hücumçusu Dario Benedetto isə 1 oyun kənarda qalacaq.

 

"Marsel"in futbolçusu Alvaro Qonsalesin PSJ-nin hücumçusu Neymara irqçi sözlər deməsi ilə bağlı iş açılıb. Hər iki futbolçunun cəzalanacağı gözlənilir.

Tarix: 17 Sentyabr [14:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Oktyabr 2020
26  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio