"Roma"da albaniyalı futbolçu

12:22 - 18 Sentyabr 2020

"Roma" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi "Verona"nın müdafiəçisi Maraş Kumbullanı satın alma şərti ilə 2 illik icarəyə götürüb. "Roma" bu keçid üçün 3 milyon avro təzminat ödəyib.

 

"Canavarlar" albaniyalı mərkəz müdafiəçisini 13,5 milyon avroya transfer etmək hüququna malikdir.

 

20 yaşlı futbolçu "Verona" yetirməsidir.

Xəbər xətti