"Trabzonspor"un qapıçısı Fransa klubuna keçir

17:17 - 21 Sentyabr 2020

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır Fransanın "Renn" klubundan təklif alıb.

 

Sportal.az "Milliyet"ə istinadla xəbər verir ki, Liqa 1 təmsilçisi 24 yaşlı qolkiper üçün 15+3 milyon avro və növbəti satışdan 15 faiz pay ödəməyə hazırdır. Trabzon təmsilçisi bu təklifi dəyərləndirmək fikrindədir.

 

Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 43 oyunda 48 top buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti