"Dənizlispor"da braziliyalı hücumçu

16:16 - 23 Sentyabr 2020

Türkiyənin "Dənizlispor" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın "Bahia" klubundan ayrılan Fernandaonu transfer edib. 33 yaşlı hücumçu müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb. Onun illik maaşı 800 min avro olacaq.

 

Fernandao daha öncə Türkiyədə "Bursaspor" və "Fənərbaxça"da oynayıb.

Xəbər xətti