"Sumqayıt"la oyun öncəsi "Qarabağ"da itkilər

17:43 - 24 Sentyabr 2020

Premyer Liqanın 4-cü turunda "Sumqayıt"ın qonağı olacaq "Qarabağ"da ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, Abdulla Zubir və Xayme Romero fərdi məşqlərə başlayıblar. Ancaq onlar bu qarşılaşamaya hazır olmayacaqlar.

 

Mahir Emreli və Rahil Məmmədovun zədəsi isə davam edir.

 

"Sumqayıt" - "Qarabağ" oyunu sentyabrın 25-i "Kapital Bank Arena"da keçiriləcək.

Xəbər xətti