Divizionda bu qaydalar tətbiq olunacaq

18:18 - 24 Sentyabr 2020

Birinci Divizionla bağlı yeni qaydalar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev aşağı dəstədə 2020/21 mövsümünün püşkatma mərasimində deyib.

 

O bildirib ki, çempionat 27 tur və 3 dövrədən ibarət olacaq: “1-ci dövrəni doğma meydanda oynayan komandalar 3-cü dövrədə də rəqiblərini evdə qəbul edəcək. Hər şey püşkatmanın nəticəsindən asılı olacaq”.

 

Şahgəldiyev divizionda limitin “4+6+1” olacağını söyləyib: “Meydana start heyətində çıxan futbolçulardan 4-ü təcrübəli (onlardan 2-si isə əcnəbi də ola bilər), 6-sı yerli (2000-ci təvəllüdlü və daha gənc), 1-i isə 2002-ci il təvəllüdlü olmalıdır. Burada əsas məqsəd aşağı yaş qrupu üzrə yığmalara daha çox oyunçu verməkdir”.

Xəbər xətti