"Trabzonspor" "Lester Siti"nin futbolçusunu transfer etdi

15:25 - 25 Sentyabr 2020

"Trabzonspor" heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" "Lester Siti"nin sağ cinah vingeri Fusseni Diabateni 1,5 milyon avroya transfer edib. Malili futbolçu ilə 3+1 illik razılıq əldə edilib. 24 yaşlı futbolçunun illik maaşı 1 milyon avro olacaq.

 

"Lester Siti" Diabateni 2018-ci ildə "Ayaçço"dan 2 milyon avroya transfer edib. O, "Sivasspor" və "Amyen" klublarına icarəyə verilmişdi.

Xəbər xətti