"Sabah"da "Neftçi" ilə matçöncəsi ciddi itkilər

Azərbaycan Premyer Liqasının VI turunda "Neftçi" ilə qarşılaşacaq "Sabah" ciddi itkilərlə üzləşib.

Sportal.az-a verilən məlumata görə, milli toplanışından zədəli qayıdan komandanın iki futbolçusu: Bəhlul Mustafazadə və Təmkin Xəlilzadə hələ də məşqlərdə iştirak etmir.

Bəhlul Mustafazədənin "Neftçi" ilə oyunu buraxacağı dəqiqdir, Təmkin Xəlilzadənin isə bu matçda meydanda olub-olmaması həkimlərin son qərarından asılı olacaq.

Qeyd edək ki, "Neftçi" - "Sabah" matçı 18 oktyabr, saat 14:00-da start götürəcək.
 

Tarix: 16 Oktyabr [00:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2021
26  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio