Hakan Şükürdən Azərbaycana dəstək - FOTO

21:57 - 17 Oktyabr 2020

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq hücumçusu Hakan Şükür Azərbaycana dəstək nümayiş etdirib.

Sportal.az xəbər verir ki, veteran futbolçu feysbuk hesabında bunları qeyd edib:

"Ermənistanın, qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik".

Xəbər xətti