Gürcüstan çempionatında XIII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya" doğma meydanda "Telavi" ilə heç-heçə edib - 0:0.
Nicat bu görüşün iştirakçısı olmayıb. Mövsümdə 4 qola imza atan Qurbanovun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.
13 turdan sonra hesabında 13 xal olan "Samtrediya" 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.