"Makkabi"nin hücumçusu: "Bütün komandaların şansları bərabərdir"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Makkabi” (Tel-Əviv) tam heyətlə məşqləri davam etdirir. 

 

Sportal.az xəbər verir ki, bu barədə İsrail təmsilçisinin futbolçusu İtay Şexter ONE nəşrinə açıqlamasında məlumat verib. 

 

"Zalsburq”la oyunda bir çox futbolçumuz koronavirusa görə yox idi. Bəlkə də, hər iki oyunda tam heyətlə olsaydıq, nəticə fərqli ola bilərdi. Artıq hər kəs sağalıb və tam heyətlə məşqlərə başlamışıq" deyən Şexter qrupda komandaların şanslarını da dəyərləndirib:

"Avropa Liqasında bütün komandaların şansları bərabərdir. Ümid edirəm ki, matçlarda yaxşı performans göstərib, qələbə qazanan tərəf biz olacağıq”.

Qeyd edək ki, "Makkabi” Avropa Liqasının İ qrupunda "Sivasspor” (Türkiyə), "Vilyarreal” (İspaniya) və "Qarabağ”la mübarizə aparacaq. İsrail klubu ilk matçını oktyabrın 22-də, evdə "Qarabağ”a qarşı keçirəcək.

Tarix: 19 Oktyabr [00:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2020
22  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio