Riçard Almeyda "Zirə"də

00:06 - 24 Oktyabr 2020

Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeyda karyerasını yenidən Premyer Liqada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, ötən 1 ili Birləşmiş Ərəb Əmirliklərində keçirən orta sahə oyunçusu «Zirə» ilə anlaşıb.

 

Müxtəlif illərdə iki dəfə «Qarabağ»ın formasını geyinmiş braziliyalı «Baniyas»la sözləşməsinə xitam verib. «Sambaçı» qəsəbə təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. O, artıq sabah Bakıda olmalıdır. (sportinfo.az)

Xəbər xətti