"Neftçi"nin futbolçusu əməliyyat olundu

11:55 - 24 Oktyabr 2020

"Neftçi"nin zədəli futbolçusu Səlahət Ağayev əməliyyat olunub. Sportal.az xəbər verir ki, təcrübəli qolkiper dünən Türkiyədə bıçaq altına girib.

Milli üzvünün əməliyyatı uğurlu keçib. Dirsəyindən əməliyyat olunan Səlahət 3 həftə sonra topla məşqlərə başlaya biləcək.

Səlahət Ağayev zədə səbəbindən bir müddətdi komandasına kömək edə bilmirdi.

Xəbər xətti