Rəşad Sadıqov: "Qurban Qurbanov bu baxımdan təcrübəlidi"

20:48 - 25 Oktyabr 2020

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın VII turunda "Qarabağ"la matçdan (0:0) sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, gənc mütəxəssis deyib:

"İlk növbədə rəşadətli ordumuzun uğurlarına görə, onları təbrik edirəm. Allah onları qorusun.

"Düşünürdük ki, üç gün əvvəlki oyuna görə yorğun olarlar. Amma Qurban Qurbanov bu baxımdan təcrübəlidi. 1-2 epizodda rəqibi yaxalasaq da, imkanlardan istifadə edə bilmədik. Amma ikinci hissə rəqibin üstünlüyü şəraitində keçdi. Qurban müəllimin Romeroya, Patrikə istirahət verəcəyini, gənclərə üstünlük verəcəyini düşünürdüm. Həmlə etmək gücüm yox idi. Çünki heyətimizdə ciddi itkilər var idi".

Xəbər xətti