Millimiz darmadağın oldu

00:18 - 28 Oktyabr 2020

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
 

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda səfərdə Çexiya millisi ilə qarşılaşıb.
 Ötən il noyabrında “Bayıl Arena"da yığmamıza 4:0 hesabıyla qalib gələn çexlər bu dəfə 3 cavabsız qolla üstün olub. 

Qeyd edək ki, qrupda keçirdiyi 6 oyunun hamısında uduzan yığmamız autsayderdir. Polşa 14 xalla qrup lideridir. İspaniya və Çexiya 13 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Moldova 3 xalla 4-cüdür.

 

Xəbər xətti