"Neftçi"nin futbolçusu ilk dəfə milliyə çağırıldı

10:59 - 28 Oktyabr 2020

"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisinə dəvət alıb.

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu Afrika Millətlər Kubokunda Çad yığması ilə ounlar üçün yığmaya çağırılıb.

2018-ci ildən "Neftçi"də oynayan Kane ilk dəfə əsas milliyə dəvət alıb. O, buna qədər U-23 millisinə çağırılıb.

Qvineya Çad millisi ilə noyabrın 11-də və 15-də qarşılaşacaq.

Xəbər xətti