"İnter"də ciddi itki

17:22 - 30 Oktyabr 2020

"İnter" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Romelu Lukaku sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Şaxtyor"la görüşdə zədələnən belçikalı sol budundan zədə xəsaət alıb. Belçikalı futbolçunun sağalacağı vaxtla bağlı məlumat verilməyib.

Lukakunun Çempionlar Liqasının növbəti turunda "Real"la oyunu buraxacağı gözlənilir.

Xəbər xətti