"Qarabağ"ın rəqibində koronavirusa yoluxan futbolçuların sayı artdı

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyə "Sivasspor"unda koronavirusa yoluxan futbolçuların sayı artıb.

 

Sportal.az xəbər verir ki, bölgə təmsilçisində test nəticəsi müsbət olan oyunçuların sayı 5-ə çatıb. İndiyədək onların heç birinin adı açıqlanmayıb.

 

Sivas təmsilçisi bu gün Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük"un qonağı olacaq.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Tarix: 21 Noyabr [10:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2020
1  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio