Araz Abdullayevin komandası növbəti mərhələdə

10:58 - 25 Noyabr 2020

Türkiyə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Kahramanmaraşspor”la qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn bolulular növbəti mərhələyə yüksəlib.

Araz bu görüşün iştirakçısı olmayıb. Məlumata görə, o, komandada koronavirusa yoluxan 8 futbolçudan biridi.

Xəbər xətti