Visente Qomes: "Qol imkanlarını dəyərləndirə bilməyəndə oyunu udmaq çətin olur"

16:36 - 29 Noyabr 2020

"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XI turunda "Keşlə" ilə oyunu şərh edib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"İki fərqli hissə izlədik. İlk hissədə qol imkanları olmadı. İkinci hissədə rəqibin azlıqda qalmasından istifadə etdik və qolu vurduq. Daha sonra əlimizə düşən imkanlardan istifadə edə bilmədik və rəqib hesabı bərabərləşdirməyi bacardı.

Vəziyyətdən çıxmaq üçün dəyişikliklər etməyə başlamışıq. Ötən oyunda qələbə qazandıq, indi də 1 xal qazandıq. Qol imkanlarını dəyərləndirə bilmiriksə, oyunu udmaq çətin olur.

Bu gün müdafiə xəttimiz pis çıxış etmədi. Sadəcə ümumi şəkildə komanda olaraq yaxşı çıxış etmək lazımdı ki, belə qollar buraxmayaq. Təkcə müdafiəçiləri günahlandırmaq olmaz".

Xəbər xətti