Dünya çempionatının ilk qolunun müəllifi vəfat etdi

11:51 - 30 Noyabr 2020

Seneqal millisinin sabiq futbolçusu Papa Buba Diop vəfat edib.

Sportal.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi uzun sürən xəstəlikdən sonra 42 yaşında dünyasını dəyişib.

Diop karyerası ərzində Avropada Fransanın "Lans", İngiltərənin "Fulhem", "Vest Hem" və "Portsmut", Yunanıstanın AEK komandalarında çıxış edib. Seneqal millisində 63 oyuna 11 qol vuran keçmiş futbolçu DÇ-2002-nin açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmada fərqlənərək komandasına qələbə qazandırıb. Bu həm də turnirin açılış qolu olub.

O, 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və 2002-ci ildə gümüş medal qazanıb.

Xəbər xətti