Millimizin məşqçisi: "Maradonanın formasını geyindiyim üçün utanıram"

20:56 - 2 Dekabr 2020

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Klaudio Beluççi Argentina yığmasının "Napoli"nin əfsanəvi futbolçusu Dieqo Maradonanın ölümü barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, 1997-2001-ci illərdə Neapol təmsilçisinin heyətində 10 nömrəli formanı geyinmiş veteran hücumçu bunu sözlə ifadə etməyin mümkünsüz olduğunu bildirib:

"Oğluma "Napoli"nin formasını, xüsusilə 10 nömrəli futbolkanı daşımağın nə demək olduğunu izah etmişəm. Bu formadan cəmi ikisi qalıb. Biri məndə, digəri isə anamdadı. Hər ikisi çərçivədə divardan asılıb. Hərdən elə düşünürəm ki, vəzifəmin öhdəsindən gələ bilməmişəm. Hətta həmin formanı daşıdığım üçün bir az utanıram. O, hər zaman mənim ağlımda və ürəyimdə qalacaq".

Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. O, 1984-1991-ci illərdə "Napoli"də çıxış edib.

Xəbər xətti