"Neftçi"də ispaniyalı məşqçi

11:03 - 5 Yanvar 2021

"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat olub.

Sportal.az xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yerinə yetirəcək. 28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

İspaniyanın "Terrassa” (2015-2017), "Gava” (2017-2018), Səudiyyə Ərəbistanının "Əl-Hilal” U-23 (2018-2019) və Türkiyənin "Gənclərbirliyi” (2020) klublarında çalışmış Karo 2019/2020-ci illər mövsümündə "Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.

 

Xəbər xətti