"Qarabağ"dan son 17 ilin rekordu

16:49 - 12 Yanvar 2021

Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası “Qarabağ” olub.
 
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası çempionatın startından keçirdiyi 12 matçda 31 qol vurub.
 
Bu, son 17 ilin mütləq rekordudur. Belə ki, 2004/05 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək rekord 2004/05 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi.

 

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.

 

1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1996/97 mövsümündə 47 dəfə fərqlənib. “Kəpəz” 1995/96 mövsümündə 42, Sumqayıt “Xəzər”i 1992-ci ildə 40 qola imza atıb.

Xəbər xətti