Gürcüstan millisinin üzvü “Neftçi”yə gəlməkdən imtina etdi

11:50 - 19 Yanvar 2021

Transfer çalışmalarını davam etdirən “Neftçi"nin danışıq apardığı futbolçulardan birinin adına aydınlıq gəlib.  

 

Sportal.az-ın məlumatına görə, “ağ-qaralar” Macarıstanın “Fehervar” klubunda forma geyinən gürcüstanlı hücumçu Budu Zivzivadzeyə təklif göndərib. Lakin 29 yaşlı oyunçu paytaxt klubuna keçməkdən imtina edib. O, Azərbaycan çempionatının səviyyəsinin aşağı olmasını əsaslandıraraq təklifdən imtina edib.  

 

Zivzivadze Gürcüstan miliisinin üzvüdür. O, Gürcüstan milisinin heyətində 4, hazırkı klubunun heyətində isə 14 matç keçirib.

Xəbər xətti