“Sumqayıt”dan 75-ci qələbə

Azərbaycan Premyer Liqasının XIV turunun “Keşlə” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” yubiley qələbəsinə imza atıb.

 

Sportal.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 2011-ci ildən çıxış etdiyi Premyer Liqada 75-ci dəfə meydanı 3 xalla tərk edib. Bu, 286-cı oyuna təsadüf edib. Komandanın qələbə faizi 26,2-yə bərabərdir. “Sumqayıt” 10 il ərzində keçirdiyi bu matçlarda 75 heç-heçə edib və 136 dəfə uduzub.


Sumqayıtlılar Premyer Liqada ilk qələbəsini 2011-ci il oktyabrın 30-da AZAL-la matçda qazanıb – 2:1.

 

Tarix: 23 Yanvar [11:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Mart 2021
6  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio