"Tovuza Premyer Liqa yaraşır" - Elmar Baxşıyev

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

“Oyunun çətin keçəcəyini bilirdik. Kubokda 1/8 final mərhələsi bir matçdan ibarətdir. Ona görə də komandanı ağır və çətin səfər matçına kökləmişdik. Sevindiricidir ki, neçə ildən sonra Tovuzda oynayırdıq. Bizlərə bir az nostalji hissləri yaşatdı.

 

Tovuz komandası bizə çətinliklər yaratdı. Çətin qələbə qazandıq. Soyunub-geyinmə otağında da futbolçularımızın yorulduğu hiss olunurdu. Rəqib hərəkətli komandadır, meydanda çox qaçırdı. Düşünürəm ki, bu rayona Premyer Liqa yaraşır. Çox sevindirici olar ki, “Turan Tovuz” Premyer Liqada çıxış etsin.

 

İkinci qol oyun epizodu idi. Rəqib gənc oyunçu olduğu üçün dayandı. Qaydalar tələb edir ki, hakimin qərarına qədər davam eləmək lazımdır. Futbolda belə hallar yaşanır. Bunu normal qarşılaşmaq lazımdır”.

Tarix: 25 Yanvar [17:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Mart 2021
28  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio