Rəşad Sadıqovun qələbə şərhi - VİDEO

19:38 - 25 Yanvar 2021

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

"Kubok oyunları həmişə təhlükəli olur. Qalib bir oyuna görə müəyyənləşdiyi üçün matça ciddi hazırlaşmışdıq. Rəqibi ciddiyə almışdıq. Onlarda Elnur Cəfərov, Elvin Sərkərov, Kamil Hüseynov, Orxan Əliyev kimi təhlükəli futbolçular var. İlk hissədə hesabı açdıq və üstünlüyü artırdıqdan sonra inamlı qələbə qazandıq. İkinci hissədə daha gənc oyunçulara şans verdik. Heyətdə bəzi dəyişikliklər etmişdik. Bizim üçün vacib olan qələbə idi və bunu qazandıq.

 

Kubok və çempionatda mübarizə aparmaq üçün daha geniş heyət lazımdır. 1/4 final mərhələsinin oyunları əvvvəlki illərlə müqayisədə Premyer Liqanın 2-ci dövrəsinin startından öncə keçiriləcək. Bu da böyük üstünlükdür. Yarımfinala yüksələn komandaların 2 həftəlik sıx qrafiki olacaq. Əvvəlki illərdə isə 1/4 final da çempionat matçlarının gedişində olurdu. Bir az o dönəm çətin olurdu. Bizi "Neftçi" ilə kubokda vacib və maraqlı oyun gözləyir. Rəqibimiz Premyer Liqada favorit və liderdir. Biz də bu oyuna yaxşı köklənib, hazırlaşacağıq. Təbii ki, belə mərhələdə "Neftçi" və "Qarabağ" kimi rəqiblərlə qarşılaşmaq istəmərsən. Matça ciddi hazırlaşacağıq. Azarkeşlər üçün maraqlı oyunlar olacaq".

 

Xəbər xətti