Kostas Mitroqlu Yunanıstana qayıtdı

00:25 - 27 Yanvar 2021

Yunanıstanın "Aris" klubu Fransa təmsilçisi "Marsel"in hücumçusu Kostas Mitroqlunu transfer edib.

 

Sportal.az xəbər verir ki, Saloniki klubu 32 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalayıb. Super Liqa təmsilçisi bu keçid üçün təzminat ödəməyib.

 

"Marsel" yunanıstanlı futbolçunu 2017-ci ildə "Benfika"dan 15 milyon avroya transfer etmişdi. O, "Qalatasaray" və PSV klublarına icarəyə verilmişdi. Mitroqlu Yunanıstanda "Panionios", "Olimpiakos" və "Atromitos" klublarında forma geyinib.

Xəbər xətti