Elmar Baxşıyev: "Hücum planında daha da keyfiyyətli ola bilərik"

17:28 - 14 Fevral 2021

Azərbaycan Premyer Liqasının XV turunun “Qəbələ” – “Keşlə” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

“Gözlədiyimiz kimi ağır oyun oldu. “Keşlə” güc futboluna üstünlük verən, hər zonada rəqibinə təzyiq edən komandadır. “Qarabağ”la matçdan sonra komandanı toparlamağa çalışdıq. “Keşlə” ilə qarşılaşmaya hazırlığı pozitiv şəkildə davam etdirdik. Məşqlərdə də hiss edirdik ki, futbolçular istəklidir və oyuna motivasiyalıdır. Bu gün komanda məzmunlu oyunla layiqli 3 xal qazandı. Komandanın çıxışı və yanaşmasından razıyam. Hücum planında daha da keyfiyyətli ola bilərik. Bu, komandanın maksimumu deyil”.

Xəbər xətti