“Neftçi” ilə “Qəbələ”nin 55-ci görüşü

“Qəbələ” Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi” ilə görüşəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün 3-cü dövrəsində ilk səfər sınağına çıxacaq.

 

Bu, rəqiblərin ümumilikdə 55-ci dueli olacaq. İndiyədək komandalar 54 dəfə üz-üzə gəlib. Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 24 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 78 qol buraxıb.

 

Bu görüş Premyer Liqa çərçivəsində yubiley – 50-ci qarşılaşma olacaq. Əvvəlki 49 qarşılaşmada 16 qələbəsi olan komanda 10 dəfə bir xalla kifayətlənib və 23 dəfə uduzub. Rəqib qapısına 60 dəfə yol tapan “qırmızı-qaralar” 72 top buraxıb.

 

28-ci dəfə “Neftçi” ilə səfərdə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib. 7 heç-heçə və 11 məğlubiyyəti olan futbolçular 34 qol vurub, 36 top buraxıb.

 

Fevralın 20-də “Bakcell Arena”da keçiriləcək matça saat 18:00-da start veriləcək.

Tarix: 19 Fevral [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Mart 2021
7  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio