Donald Gerye debüt oyununda qol vurdu

Kipr çempionatında 26-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Apollon" evdə "Enosis"i 2:1 hesabı ilə məğlub edib.

 

Qış fasiləsində "Qarabağ"dan ayrılaraq, "Apollon"a keçən Donald Gerye komandada debüt edib. Matçda hesabı 69-cu dəqiqədə haitili futbolçu açıb. Bununla da 31 yaşlı futbolçu debüt oyununda fərqlənməyi bacarıb.

 

"Apollon"un heyətində "Qəbələ" və "Neftçi"nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.

 

"Apollon" 54 xalla turnir ccədvəlində 3-cüdür. Limassol təmsilçisi lider "Omoniya"dan 2 xal geri qalır.

Tarix: 21 Fevral [22:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Aprel 2021
13  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio