"Seltik" baş məşqçisini göndərdi

14:53 - 24 Fevral 2021

Şotlandiyanın "Seltik" klubu baş məşqçisi Nil Lennonla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. 49 yaşlı mütəxəssisin göndərilməsinə komandanın çempionatdakı uğursuz çıxışı səbəb olub.

 

"Seltik" Şotlandiya Premyer Liqasında 30 turdan sonra 64 xalla 2-cidi. Lider "Reyncers"in 82 xalı var.

Xəbər xətti